Pakistan 28-30 aprel tarixlərində Lahor və İslamabad arasındakı hava məkanının bir hissəsini böyükmiqyaslı hava hücumundan müdafiə təlimləri keçirmək məqsədilə bağladığını elan edib.
Manset.az Oxu.az-a istinadla xəbər verir ki, məlumata görə, Pakistan Hərbi Hava Qüvvələrinin hücum helikopterləri Hindistanla sərhəd zonasına yönəldilib.
Bu tədbir Pakistan-Hindistan sərhədində son dövrlərdə artan hərbi fəaliyyətlər kontekstində baş verir. Pakistan tərəfi tədbiri "planlaşdırılmış növbədənkənar hazırlıq" adlandırır.