AZ

Aeroport yolunda AĞIR QƏZA - ANBAAN VİDEO

Baş verən yol-nəqliyyat hadisəsi səbəbindən müddəti təxminən 1 saat, uzunluğu isə 800 metr məsafədə nəqliyyat sıxlığı yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov News24.az-a açıqlamasında bildirib ki, paytaxt yollarında nəqliyyatın ləngiməsinin, sürücülərin əlavə vaxt itkisi ilə qarşılaşmasının əsas səbəblərindən biri də yollarda qəzaların baş verməsidir:

“Xüsusilə də maddi zərərlə nəticələnən belə qəzalar səbəbindən dəqiqələrlə yollarda nəqliyyat sıxlığı yaranır.

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində qeydə alınan bu qəza zamanı da mərkəz istiqamətində müddəti təxminən 1 saat çəkən nəqliyyat sıxlığı yaranıb”.


Seçilən
4
22
news24.az

10Mənbələr