Ukrayna Vladimir Putinin Qələbənin 80 illiyi ilə bağlı mayın 8-dən 11-nə qədər elan etdiyi atəşkəsə inanmır.
Hurriyyet.az xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bəyan edib ki, Vladimir Putinin mayın 8-dən 11-dək elan etdiyi atəşkəs manipulyasiyadır: "Niyə tam və hərtərəfli atəşkəs olmasın? Döyüşlərin tam dayandırılması olmayan hər şey Rusiyanın informasiya və hərbi məqsədlər üçün manipulyasiyası, müharibəni davam etdirmək niyyətini gizlətmək cəhdidir".
Azpolitika.info