"Barselona"nın baş məşqçisi Joan Laporta, komandanın yeni baş məşqçisi olaraq Hans-Diter Flikin dəvət edilməsinin arxasında duran şəxsin adını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Barca Times" funksionerin dediklərini belə çatdırıb.
“Flikin "Barselona"nın baş məşqçisi olmasına qərar verən şəxs Deko idi. Bu, Dekonun qərarıdır”
Deko "Barselona"nın idman direktorudur. Flik keçən yay komandanın "sükanı arxasına" gətirilib.
33 turdan sonra "mavi qranatlar" 76 xalla İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.
Aprelin 30-da "Barselona" doğma meydanda "İnter"i qəbul edəcək. Çempionlar Liqasının ilk yarımfinal matçının Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır.