AZ

Şimali Koreya Ukraynaya qarşı müharibədə iştirakını rəsmən təsdiqləyib

Şimali Koreya ilk dəfə olaraq rəsmən qoşunlarının Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində iştirakını təsdiqləyib.

Editor.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi KXDR Mərkəzi Xəbər Agentliyinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, əsgərlərin Kursk vilayətində yerləşdirilməsi Pxenyanla Moskva arasında qarşılıqlı müdafiə müqaviləsinə uyğun olaraq baş tutub.

Qoşunların yerləşdirilməsi əmrini Kim Çen In verib: “Ukrayna hakimiyyətinin Rusiya Federasiyasına avantürist işğalını dəf etmək üçün Kursk vilayətinin azad edilməsi əməliyyatları qələbə ilə başa çatıb”.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr