AZ

"Lekler və komandası şübhəsiz ki, daha yaxşı iş görür"

"Ferrari" komandasının sürücüsü Lyuis Həmilton cari Formula 1 mövsümünün başlanğıcında üzləşdiyi çətinliklərlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, " PlanetF1" 40 yaşlı pilotçunun dediklərini belə çatdırıb. 

"Çarlz bu avtomobili uzun müddətdir idarə edir, ona görə də o, şübhəsiz ki, onu çox yaxşı bilir. Bizdə bir az fərqli parametrlər var. Onların maşının tələblərinə cavab verib-vermədiyini görməliyik. Amma bəli, o və komandası, şübhəsiz ki, daha yaxşı iş görürlər"

Çarlz Lekler hazırda 47 xalla ümumi sürücülər sıralamasında beşinci yerdədir. Hamilton yeddinci yerdədir. Britaniyalının 31 xalı var. Lider 99 xalı olan "McLaren pilotu" Oskar Piastridir.

Seçilən
1
90deqiqe.az

1Mənbələr