AZ

"Sabah"ın komandası 14:0 qalib gəldi, çempion oldu

U-17 Qızlar Liqasında növbəti oyunlar keçirilib.

"Football-plus.az" xəbər verir ki, “Sabah”ın qızlardan ibarət komandası evdə “Zaqatala City” ilə qarşılaşıb və böyükhesablı qələbə qazanıb - 14:0. "Sabah"ın qollarına Tərgül Qəniyeva (7), Mehri Məmmədzadə (4), Aysu Əsədova (2) və Qönçə Quluzadə (1) imza atıblar.

Bu qələbədən sonra Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda çempionatın sonuna 2 tur qalmış çempionluğu təmin edib.

Qeyd edək ki, qızlardan ibarət U-17 komandamız ötən il də mövsümü çempion kimi başa vurmuşdu.

Seçilən
4
7
football-plus.az

8Mənbələr