AZ

Abituriyentlərin NƏZƏRİNƏ – Bu ixtisasa tələbat artacaq

“Çin dilinə təlabat artacaq. Bir neçə universitetdə də tərcümə Çin dili və yaxud Çin dili filologiyası istiqamətində kadr hazırlığı həyata keçiriləcək. Mənə görə də buna ehtiyac var”.

Bizim.Media-ya bu sözləri təhsil eksperti Elçin Əfəndi Çin dilinin Azərbaycanda əhəmiyyətindən danışarkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Abituriyentlər üçün altqrup seçmək niyə ödənişlidir? – Rəsmi AÇIQLAMA


Ekspertin sözlərinə görə ölkə başçısının Çinə səfəri zamanı bir neçə sazişin imzalanması, həm iqtisadi sahədə, həm də digər sahələrdə ikitərəfli münasibətlər onu deməyə əsas verir ki, Azərbaycan-Çin münasibətlərinin daha da inkişaf etdirilməsi üçün bu dili bilən mütəxəssislərə ehtiyac yaranacaq.

O, qarşıdakı dövr ərzində ideya olaraq hətta Azərbaycanda Çin-Azərbaycan universitetinin yaradılması məsələsinin də müzakirə mövzusu olduğunu vurğulayıb:

“Ola bilər ki, Çin-Azərbaycan universiteti də bu münasibətlərin inkişafından asılı olaraq qarşıdakı illərdə yaradılsın.  Bəzi tərcümə ixtisaslar var ki, onlara bir o qədər də ehtiyac yoxdur və müafiq sosial platformalarda tətbiq proqramlar vasitəsi ilə daha rahat şəkildə həyata  keçrilir. Düzdür, Çin dilində də  tərcümələr var. Amma, daha çox mütəxəssislərə ehtiyac duyulur. Ona görə də 3-cü ixtisas qrupuna hazırlaşan abitruyentlərə bu ixtisası seçməyi tövsiyə edirəm”, - deyə  Elçin Əfəndi qeyd edib.  

Aygün Hüseyn, Bizim.Media

Seçilən
12
18
bizim.media

10Mənbələr