Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0.3% çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7.2%, son bir ildə isə 2.3% artıb.
Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.6% təşkil edib. Bu nisbət fevralın sonuna da 1.6%, dekabrın sonuna 1.5%, ötən il martın sonuna isə 1.9% olub.