AZ

Yod çatışmazlığı hamiləlikdə hansı problemlərə səbəb ola bilər?

Yod – ürək sağlamlığından ruh halına qədər bir çox vacib funksiyanı dəstəkləyən elementdir və çatışmazlığı ciddi sağlamlıq problemlərinə yol aça bilər.

 

Pravda.az bildirir ki, uzunmüddətli pəhriz saxlayan və vegan qidalanan şəxslərdə daha çox müşahidə edilən yod çatışmazlığı, bir çox xəstəliyin yaranmasına zəmin yaradır.

 

Yod çatışmazlığı nədir?

 

Bədən tərəfindən istehsal olunmayan, yalnız qidalar vasitəsilə qəbul edilən yod, tiroid hormonlarının sintezi üçün həyati əhəmiyyət daşıyan kimyəvi elementdir. Yodun kifayət qədər qəbul olunmaması vəziyyətinə yod çatışmazlığı deyilir. Bu hal, bir çox orqana təsir göstərərək, ümumi sağlamlığı zəiflədə bilər.

 

Yod çatışmazlığı niyə vacibdir?

 

Yod birbaşa olaraq tiroid hormonlarının sintezinə təsir edir. Bu hormonlar isə böyümə, hüceyrə yenilənməsi və metabolizmanın düzgün işləməsinə cavabdehdir. Yodun azlığı tiroid funksiyalarını pozur, bu da guatr və digər xəstəliklərin yaranmasına səbəb olur.

 

Xüsusilə hamiləlik və körpəlik dövründə yod çatışmazlığı zəka geriliyi və beyin zədələrinə gətirib çıxara bilər.

 

Yod çatışmazlığına nə səbəb olur?

 

Əsas səbəblər bunlardır:

 

Yodsuz duz istifadəsi

 

Uzunmüddətli duz pəhrizləri

 

Çiy brokoli və brüssel kələmi kimi bəzi qidaların həddən artıq qəbulu

 

Aşırı flor məruz qalması

 

Siqaret çəkmək

 

Vegan və ya vegeteryen qidalanma

 

Hamiləlik

 

Yod çatışmazlığının əlamətləri:

 

Sürətli çəki artımı

 

Yorğunluq və halsızlıq

 

Davamlı üşümə hissi

 

İmmunitetin zəifləməsi

 

Saç tökülməsi

 

Dərinin quruluğu

 

Qəbzlik

 

Menstrual pozuntular

 

Depressiya

 

Ürək döyüntüsündə ləngimə

 

Hamiləlikdə düşük və erkən doğuma səbəb ola bilər

 

Hamilə qadınların yoda olan ehtiyacı artır. Bu dövrdə baş verən yod çatışmazlığı düşük və ya ölü doğumla nəticələnə bilər. Həmçinin erkən doğum riski də artır. Yeni doğulan körpədə isə aşağıdakı fəsadlar yarana bilər:

 

Zəka geriliyi

 

Karlıq və dilsizlik

 

Çəpgözlük

 

Əlillik

 

Nevroloji, psixoloji və intellektual pozğunluqlar

 

Yod çatışmazlığı hansı xəstəliklərə səbəb ola bilər?

 

Tiroid xərçəngi

 

Avtoimmun xəstəliklər

 

Prostat, döş və yumurtalıq xərçəngi

 

Ürəkdə böyümə

 

Zehni pozuntular

 

Müalicə necə aparılır?

 

Diaqnoz üçün qan və ya sidikdə yod səviyyəsi yoxlanılır. Çatışmazlıq aşkar edildikdə, həkim tərəfindən kalium yodid və ya kalium yodat tərkibli əlavələr təyin olunur. Gündəlik 150 mq-dan artıq olmayan dozalarda istifadə edilir. Əlavə olaraq, təbii yod mənbələri olan qidalara da üstünlük verilməlidir: ispanaq, soya paxlası, pazı, balqabaq, sarımsaq, yulaf, düyü, makaron, paxlalılar, ağ çörək, yumurta, kartof, banan və s.

 

Əminə Bayramova

Tarix: 28 Aprel 2025, 12:49   
Seçilən
3
32
pravda.az

10Mənbələr