AZ

Bakını idarə edənlər Bakıya rəhmətlik Əliş Ləmbərənski kimi münasibət bəsləmir...”

“Onun sayəsində 1963-1966-cı illərdəki leysan yağışlardan sonra Bakının su altında qalmış yuxarı məhəllələrinin sakinlərinin çoxu qəza vəziyyətində olan evlərindən Yasamal və şəhərə yaxın rayonlarda yeni mənzillərə köçürüldülər...”
 
“Bu vəziyyətdən çıxmağın ən düzgün yolu paytaxtı köçürməkdir...”
 
“Ömür boyu Bakıda yaşamısız. Ötən ilin oktyabrındakı və bu günlərdəki leysan yağışlar zamanı paytaxtımızın vəziyyətini, sakinlərin başına gələnləri gördünüz. Rəsmi qurumlar bunu əsasən yağışın normadan artıq yağmasıyla əlaqələndirir. Onda belə çıxır ki, ilin çox günlərinin yağışlı olduğu Moskva, Kiyev, Paris, London və s. kimi şəhərlər daim su altında qalmalıdır? Sizin nə məlumatınız var bu barədə - Bakının sovet dövründən bəri qurullmuş kanalizasiya sistemini bu günədək neft-qazdan gələn gəlirlərlə nizamlamaq mümkün olmazdımı?”
Bu sualla müraciət etdiyimiz siyasi analitik, BDU-nun Rus dili kafedrasının müdiri Tahir Cəfərli Moderator.az-a açıqlamasında aşağıdakıları dilə gətirdi:
 
“Bilirsiz, Bakı o şəhərlərdəndir ki, onun yerləşmə imkanları  məhduddur. Yəni yerləşdiyi ərazi əhali baxımından çox sıxlıqdır... Sovet dövründən qalma kanalizasiya sistemini dəyişmək isə qeyri mümkündür, daha  doğrusu, bu işə başlansa, gərək bütün şəhərdə həyat dayansın. Bu vəziyyətdən çıxmağın ən düzgün yolu paytaxtı köçürməkdir. Qazaxıstan Prezidenti Alma-Atının bu problemini paytaxtı Astanaya köçürməklə həll etdi...
 
Onu da deyim ki, sovet dövrində də yağışla bağlı Bakıda belə problemlər olurdu. Yadıma 1963-66-cı illərin yay və payız yağışları düşür: o zamankı leysanlardan sonra Bakının yuxarı məhəllələri də suyun altında qalmışdı... 
Bakının rəhmətlik keçmiş meri Əliş Ləmbərənski bir günün içində şəhəri və şəhərliləri bu bəladan qurtardı. Allah ona rəhmət eləsin!.. Onun sayəsində yuxarı məhəllələrin sakinlərinin çoxu yağışdan sonra qəza vəziyyətində olan evlərindən Yasamal və şəhərə yaxın rayonlarda yeni mənzillərə köçürüldülər... 
 
Digər tərəfdən, yağışla bağlı bütün ölkələrdə fəsadlar olur-  iqlim dəyişikiliyi ilə bağlıdır.  Bakı istisna deyil. Ancaq əfsuslar olsun ki, Bakını idarə edənlər Bakıya rəhmətlik Əliş Ləmbərənski kimi münasibət bəsləmirlər... 
 
Bununla belə, Bakı gündən-günə gözəlləşir və bu saat Cənubu Qafqazın Dubayına çevrilməkdədir...”
 
Sultan Laçın     
 
Seçilən
15
32
moderator.az

10Mənbələr