Türkiyənin Manisa şəhərində şahmat üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, yarışda təmsilçilərimizdən ən yaxşı nəticəni Xəzər Babazadə göstərib.
O, 6 xal yığaraq 4-cü yeri tutub. Babazadə yarışın qalibi iranlı Araş Təhbazdan yarım xal geri qalıb.
Digər şahmatçılarımızdan Elnur Əliyev yarışı 5,5 xalla 12-ci yerdə başa vurub. Vüqar Rəsulov isə 4 xal toplayaraq 26-cı yerlə kifayətlənib.
Azərbaycanlı FIDE hakimi vəfat edib
Rauf Məmmədov ikinci pillədə
Təmsilçimiz lider mövqeyində qərarlaşıb
Rauf Məmmədov liderlər qrupunda
Bakıda “Çempionların savaşı” turniri keçiriləcək