AZ

Xəzər Babazadə Türkiyədə dördüncü olub

Türkiyənin Manisa şəhərində şahmat üzrə beynəlxalq turnir başa çatıb.

İdman.biz xəbər verir ki, yarışda təmsilçilərimizdən ən yaxşı nəticəni Xəzər Babazadə göstərib.

O, 6 xal yığaraq 4-cü yeri tutub. Babazadə yarışın qalibi iranlı Araş Təhbazdan yarım xal geri qalıb.

Digər şahmatçılarımızdan Elnur Əliyev yarışı 5,5 xalla 12-ci yerdə başa vurub. Vüqar Rəsulov isə 4 xal toplayaraq 26-cı yerlə kifayətlənib.

İdman.biz

Seçilən
4
2
idman.biz

3Mənbələr