Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğludur.
Teleqraf xəbər verir ki, bu barədə CHP sədri Özgür Özəl bildirib.
“Özgür Özəl bir yana, Əkrəm İmamoğlunun özü belə bundan sonra namizədliyini geri götürə bilməz. Namizədimiz Əkrəm İmamoğludur”, - partiya rəhbəri deyib.
Özəl CHP-nin İmamoğlunun sərbəst buraxılması üçün bazarlıq edəcəyi iddialarını təkzib edib.
Xatırladaq ki, Əkrəm İmamoğlu mart ayında korrupsiya ittihamı ilə həbs olunub.