NBA play-offs mərhələsində bu gecə 2 oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, Boston Celtics və Indiana Pacers növbəti qələbələrini qazanıblar.

Hər iki komanda seriyada 3:1 öndədir. Növbəti mərhələyə yüksəlmək üçün 1 qələbə kifayətdir.

Qeyd edək ki, artıq Oklahoma City Thunder 1/4 finalda iştirak hüququna yiyələnib.

NBA play-offs, birinci mərhələ (1/8 final)

Orlando Magic - Boston Celtics 98:107

seriyada hesab - 1:3

Milwaukee Bucks - Indiana Pacers 103:129

seriyada hesab - 1:3

*ilk 4 qələbə qazanan komanda növbəti mərhələyə çıxır