NBA play-offs mərhələsində bu gecə 2 oyun keçirilib.
Offsideplus.az xəbər verir ki, Boston Celtics və Indiana Pacers yarışın birinci mərhələsində (1/8 final) növbəti qələbələrini qazanıblar.
Hər iki komanda seriyada 3:1 öndədir. İkinci mərhələyə yüksəlmək üçün 1 qələbə kifayətdir.
Qeyd edək ki, artıq Oklahoma City Thunder ikinci mərhələdə, başqa sözlə 1/4 finalda iştirak hüququna yiyələnib.
NBA play-offs, birinci mərhələ (1/8 final)
Orlando Magic - Boston Celtics 98:107
seriyada hesab - 1:3
Milwaukee Bucks - Indiana Pacers 103:129
seriyada hesab - 1:3
*ilk 4 qələbə qazanan komanda növbəti mərhələyə çıxır