Bakı. Trend:
Cari İran ilinin 1-ci ayında (21 mart -20 aprel 2025) İranınşimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Culfa gömrüyüvasitəsi ilə 8,51 milyon dollar dəyərində 14,6 min ton məhsul ixracedilib.
Trend-inməlumatına görə, bunu İranın Culfa gömrük idarəsinin baş direktoruƏli Bisələm yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, 1-ci ayda Culfa gömrüyü vasitəsilə, əsasən,neft məmulatları, tikinti materialları, keramika, kauçuk məhsullarvə sairə ixrac edilib.
Bisələm qeyd edib ki, Culfa gömrüyü vasitəsilə məhsullar 9ölkəyə, o cümlədən, Türkiyə, Azərbaycan, İraq, Rusiya və Gürcüstanaixrac edilib.
Gömrük rəsmisi qeyd edib ki, 1-ci ayda Culfa gömrüyü vasitəsiilə 21,9 milyon dollar dəyərində 10 min ton məhsul idxal olunub.İdxal olunan məhsullar əsasən xammal, sənaye məhsulları və sairəolub.
“1-ci ayda Culfa gömrüyü üzərindən tranzit məqsədilə ölkəyə 46,8min ton yük daxil olub və tranzit məqsədilə 75,3 min ton məhsulölkədən çıxıb”, - deyə o qeyd edib.
Qeyd edək ki, ötən İran ilində (20 mart 2024 -20 mart 2025)Culfa gömrüyü vasitəsi ilə 241 milyon dollar dəyərində təxminən 388min ton məhsul ixrac edilib. Culfa gömrüyü vasitəsi ilə məhsulixracı öncəki illə müqayisədə dəyər baxımından 23,6%, çəkibaxımından 16,7% artıb.