AZ

Karbohidrat hansı qidalarda var, faydaları nələrdir?

Karbohidrat hansı qidalarda var, faydaları nələrdir?

Orqanizmin ən əsas qida maddələrindən biri olmasına baxmayaraq, bəzən yanlış yanaşmalarla dəyərləndirilən karbohidratlar haqqında doğru məlumat əldə etmək istəyənlər üçün faydalı tövsiyələrimiz var.


Qlobal.net bildirir ki, cəmiyyətdə sadəcə kökəlməyə səbəb olan bir maddə kimi yanlış təqdim edilən karbohidratlar, əslində düşündüyümüz kimi bədənimizin düşməni deyil. Əksinə, ən böyük enerji mənbəyimizdir və həyati əhəmiyyət daşıyır. Enerji ehtiyacımızın 40-60%-ni karbohidratlardan alırıq. Bu nisbətdəki bir azalma, bədəndə yorğunluq, halsızlıq və sinir sistemi pozğunluqları kimi bir çox problemlərə səbəb ola bilər.

Bu isə onu göstərir ki, karbohidratlar qətiyyən uzaq durmalı olduğumuz qida maddələri deyil. Sadəcə olaraq, həddi aşmamaq şərtilə, mütləq şəkildə qəbul edilməlidir.

Bəs karbohidrat hansı qidalarda olur, faydaları nələrdir, nə işə yarayır? Gəlin birlikdə baxaq.


Karbohidrat nədir, nə işə yarayır, növləri hansılardır?

Karbohidratlar, əsas qida maddələrindən biri olub bədənə enerji verir. Kimyəvi tərkibi karbon, hidrogen və oksigen atomlarından ibarətdir. Bədən karbohidratı enerji üçün istifadə edir.

Karbohidratın əsas funksiyası, orqanizmin birinci dərəcəli enerji mənbəyi olmasıdır. Xalq arasında "qan şəkəri" dediyimiz qlükozaya çevrilərək bədənə enerji təmin edir. Bundan əlavə, bədənin su balansını qorumaq kimi əlavə funksiyaları da var.

Karbohidratlar iki yerə bölünür: sadə və kompleks.

  • Sadə karbohidratlar meyvələrdə, tərəvəzlərdə, süd və süd məhsullarında tapılır.

  • Kompleks karbohidratlar isə daha çox lif ehtiva edir və mənbələri arasında paxlalılar, tam taxıl çörəkləri, nişastalı tərəvəzlər və səhər yeməyi taxılları var.


Karbohidratlar hansı qidalarda var?

  • Süd və süd məhsulları

  • Alma, üzüm, ananas, banan, yaban mersini, çiyələk, portağal, qarpız, armud, şaftalı, quru üzüm və digər qurudulmuş meyvələr

  • Mərci, lobya, barbunya, bakla

  • Kartof, noxud, balqabaq

  • Düyü, arpa, bulqur, makaron, darı, çovdar, yulaf, səhər yeməyi taxılları, qarğıdalı və bu məhsulların unları

  • Şəkər

Unutmayın: Karbohidratlar bədənimizin ən vacib enerji qaynağıdır. Hər hansı bir diyet proqramı sizə karbohidratı tamamilə kəsməyi təklif edirsə, bu, bədənin əsas enerji mənbəyindən məhrum edilməsi deməkdir. Edilməli olan şey: karbohidratı təbii mənbələrdən və uyğun miqdarda qəbul etməkdir. Hər şey qərarında gözəldir!


Karbohidratlar zərərlidirmi?

Karbohidratların "pis" imicə sahib olmasının səbəbi onların təbii forması deyil, emal olunmuş və "pis karbohidratlar" adlandıra biləcəyimiz növləridir. Mütəxəssislər karbohidrat ehtiyacını təbii mənbələrdən və əlavə şəkərsiz qarşılamanı məsləhət görürlər. Belə alındıqda karbohidratlar faydalı və qidalandırıcı olur.

Əksinə, qida dəyəri aşağı olan, qatqı maddələri ilə zəngin karbohidrat növləri isə bədənə zərər verə bilər. Buraya tortlar, piroqlar, şirniyyatlar və fast-food məhsulları daxildir. Bu növ qidalar minimum səviyyədə istehlak olunmalıdır.

"Üç ağlar" olaraq tanınan ağ un, şəkər və düyü də təəssüf ki, qida dəyəri aşağı karbohidratlar sayılır və ehtiyatla istehlak edilməlidir. Onların əvəzinə tam taxıllı çörək, kəpəkli makaron, qəhvəyi düyü kimi daha sağlam alternativlər seçilməlidir.


Karbohidratlar qəbul olunmazsa nə baş verir?

Karbohidratlar bədən üçün vacib enerji mənbəyidir. Onları kifayət qədər qəbul etmədiyinizdə və ya tamamilə kəsdiyinizdə bu təsirlərlə qarşılaşa bilərsiniz:

  • Enerji çatışmazlığı: Karbohidratların azlığı halsızlıq, yorğunluq və performans düşüklüyünə səbəb ola bilər.

  • Konsentrasiya problemləri: Beyin enerji üçün əsasən karbohidratlardan istifadə edir. Az karbohidrat qəbulunda zehni fəaliyyət zəifləyə bilər.

  • Əzələ kütləsinin azalması: Bədən karbohidrat tapmadıqda əzələ toxumasını enerji üçün parçalaya bilər.

  • Metabolizm pozğunluğu: Uzunmüddətli az karbohidrat qəbulu metabolizmanın zəifləməsinə və kilo artımına səbəb ola bilər.

  • Həzm problemləri: Karbohidratlar həm də lif mənbəyidir. Azlığı qəbizlik kimi həzm problemləri yarada bilər.

Bu səbəblə, balanslı bir qidalanma planının bir parçası olaraq kifayət qədər karbohidrat qəbul etmək çox önəmlidir.

Fidan
Qlobal.net

Seçilən
5
26
qlobal.net

10Mənbələr