"Qarabağ" klubu yeni əməkdaşlıq müqaviləsi imzalayıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi “NOTHREAT” kibertəhlükəsizlik platforması ilə müqavilə bağlayıb. Sözləşməyə əsasən, platformanın loqosu cari mövsümün qarşıdakı 6 oyununda (5 liqa, 1 kubok) komandanın rəsmi oyun formalarının qol hissəsində əks olunacaq.
“NOTHREAT” klubun gündəlik fəaliyyətini, futbolçu və komanda məlumatlarının, məşq, tibbi və müqavilə məlumatları qoruyacaq.
Qeyd edək ki, aparıcı mütəxəssislərin çalışdığı Böyük Britaniyanın “NOTHREAT” platforması süni intellekt kibertəhlükəsizliK sahəsində liderdir.