AZ

Rudigeri finaldakı hərəkətinə görə hansı cəza gözləyir?

“Real”ın müdafiəçisi Antonio Rudiger İspaniya kubokunun “Barselona” ilə final matçında etdiyi hərəkətlərə görə 4-12 oyun müddətinə diskvalifikasiya oluna bilər.

Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Madrid klubunun almaniyalı müdafiəçisi son dəqiqələrdə qırmızı vərəqə alıb. İkinci əlavə vaxtda hakim Erik Qarsiyanın Kilian Mbappeyə ötürməsi səbəbindən “Real”ın hücumunu dayandırıb. Epizod ehtiyatda olan Rudigerin qəzəbinə səbəb olub. O, hakimə əşya atıb və buna görə meydandan qovulub.

Məşqçilər korpusu və “Real” oyunçuları qəzəblənmiş Rudigeri çətinliklə sakitləşdiriblər.

Seçilən
8
1
publika.az

7Mənbələr