AZ

Azərbaycan millisi beynəlxalq turnirin qalibi oldu

Dünya çempionatına hazırlaşan Azərbaycan millisi Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirdə iştirak edib.

Futbolpress.az xəbər verir ki, Bosniya və Herseqovina, Türkiyə, Monteneqro və Qazaxıstan yığmalarının mübarizə apardığı yarışda milli komanda bütün rəqiblərinə qalib gələrək baş mükafata sahib çıxıblar. Yığmanın üzvü Təmkin Xəlilzadə isə turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. Xatırladaq ki, Azərbaycan millisi daha bir beynəlxalq turnirdə iştirak etmək üçün Slovakiyanın Koşitse şəhərinə yollanır. Aprelin 30 da başlanacaq yarışda Azərbaycanla yanaşı Slovakiya, Ukrayna, Belçika, Polşa və Macarıstan seçmələri də mübarizə aparacaq. Turnirə mayın 1-də yekun vurulacaq.

Seçilən
9
21
futbolpress.az

10Mənbələr