Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı bu gün başa çatacaq.
İdman.biz xəbər verir ki, Azərbaycanın qarışıq komandadan ibarət yığması bu gün mübarizəyə start verəcək.
1/8 final mərhələsi çərçivəsində millimiz Gürcüstan seçməsi ilə qarşılaşacaq.
Qarışıq komanda yarışında ümumilikdə 6 çəki dərəcəsində (kişilər: 73 kq, 90 kq, +90 kq; qadınlar: 57 kq, 70 kq, +70 kq) görüşlər keçiriləcək.
Görüşü Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Qarışıq komanda yarışında 15 ölkə (154 cüdoçu: 77 kişi, 77 qadın) mübarizə aparacaq.
Qeyd edək ki, cüdoçularımız turnirin fərdi yarışlarında 5 medal (1 gümüş, 4 bürünc) qazanıblar. Zelim Kotsoyev (100 kq) gümüş, Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medala layiq görülüblər.
İdman.biz