Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" bu gün Bundesliqa 2-də növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki,Miroslav Klozenin yetirmələri Düsseldorf səfərinə yollanıb. Onlar burada yerli "Fortuna Düsseldorf" ilə qarşılaşıblar və oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.
Azərbaycan yığmasının hücumçusu bu görüşdə start heyətdə meydana daxil olub və 45+4 dəqiqədə fərqlənib. O, 87-ci dəqiqədə əvəzlənib.
"Nürnberq" 45 xalla 8-ci, rəqibi isə 49 xalla 6-cı yerin sahibidir.
Bundesliqa 2
22:30 "Fortuna Düsseldorf" - "Nürnberq" 3:3