AZ

Şimali Koreya hərbçiləri Kurskda bizə yardım edib - Zaxarova

Şimali Koreya hərbçiləri Rusiya ilə Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin dördüncü maddəsi çərçivəsində Kursk vilayətinin azad edilməsi əməliyyatında iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.

“Koreyalı dostlarımızın göstərdiyi həmrəylik münasibətlərimizin yüksək, praktiki müttəfiqlik səviyyəsinin təzahürüdür. Əminik ki, əlaqələrimiz ölkələrimizin liderlərinin razılaşmalarına uyğun olaraq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək”, - Zaxarova qeyd edib.

Seçilən
8
4
axar.az

5Mənbələr