AZ

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Şirvan, 26 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan İlkin Əhmədov saxlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Əhmədov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Seçilən
10
16
azertag.az

10Mənbələr