Gəncədə minik maşını işıq dirəyinə çırpılıb, qadın sürücü xəsarət alıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı sürücü 1980-ci il təvəllüdlü G.Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qəza zamanı işıq və yol təsərrüfatına ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.