AZ

"Mançester Yunayted" və PSJ Lobotka uğrunda mübarizə aparacaq

"Napoli"nin futbolçusu Labotka nəhəng klubların transfer siyahısına düşüb.

"Napoli"nin yarımmüdafiəçisi Stanislav Lobotka karyerasını başqa klubda davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Tuttomercato" məlumat yayıb.

Mənbənin məlumatına görə, 30 yaşlı slovakiyalı ilə "Mançester Yunayted" və PSJ klubları maraqlanır. Futbolçu ilə "Barselona" da maraqlanır.

Bu mövsüm Lobotka 32 oyun keçirib və iki məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.

Seçilən
14
operativmedia.az

1Mənbələr