AZ

Hərəkətdə olan avtobus YANDI – Sərnişinlər təxliyyə edildi

Hataydan İstanbula gedən sərnişin avtobusu Anadolu magistralının Düzce hissəsində hərəkət edərkən alovlanıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.E.E-nin idarə etdiyi 34 MTC 935 dövlət nömrə nişanlı sərnişin avtobusunun Sarıçökək məhəlləsində mühərriki yanıb
 

Vəziyyəti anlayan sürücü avtobusu sağ zolağa çəkərək sərnişinləri təxliyyə edib.


Yanğın zamanı ölən və xəsarət alan olmayıb, amma avtobus yararsız hala düşüb.

Bizim.Media

Seçilən
10
1
bizim.media

2Mənbələr