Hataydan İstanbula gedən sərnişin avtobusu Anadolu magistralının Düzce hissəsində hərəkət edərkən alovlanıb.
A.E.E-nin idarə etdiyi 34 MTC 935 dövlət nömrə nişanlı sərnişin avtobusunun Sarıçökək məhəlləsində mühərriki yanıb
Vəziyyəti anlayan sürücü avtobusu sağ zolağa çəkərək sərnişinləri təxliyyə edib.
Yanğın zamanı ölən və xəsarət alan olmayıb, amma avtobus yararsız hala düşüb.