AZ

"Mançester Yunayted" Koul Palmerlə maraqlanır

"Mançester Yunayted" "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmerlə maraqlanır.

90deqiqe.Az “The Independent”ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ingilis futbolçu transferə açıq olarsa, onu heyətinə qatmaq niyyətindədir. Lakin klub bu transferin reallaşma ehtimalının az olduğunu anlayır, çünki "Çelsi" Palmeri birbaşa rəqib komandaya satmaq istəmir.

Palmer bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2033-cü ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 130 milyon avrodur.

Seçilən
12
90deqiqe.az

1Mənbələr