AZ

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını rədd edib

Bakı. Trend:

25 aprel 2025-ci il tarixində Haaqa şəhərində yerləşənBeynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüzünəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondansonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsitərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15erməni əsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıraiddialarını rədd edib.

İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqındaBeynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycantərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən Məhkəməəlavə məlumat istəməməyə və məhbusların saxlanma şəraiti ilə bağlımüstəqil araşdırma və ya ekspert rəyi tələb etməməyə qərarverib.

Məlumdur ki, məhkəməsi həyata keçirilən erməni əsilli şəxslərləAzərbaycanın və beynəlxalq hüququn bütün tətbiq olunanstandartlarına uyğun rəftar edilir və onlara Beynəlxalq Qızıl XaçKomitəsinin və Azərbaycanın İnsan Hüquqları üzrə MüvəkkilininAparatının nümayəndələri dəfələrlə baş çəkiblər.

Məhkəmənin qərarı BMT-nin Əsassız Həbslər üzrə işçi qrupunun RubenVardanyanın Azərbaycanın milli təhlükəsizliyinə, ictimaitəhlükəsizliyinə və ictimai asayişinə ciddi təhdidlərlə bağlıcinayət ittihamları əsasında həbsdə saxlanıldığını təsdiq edən sonrəyinə də müvafiqdir.

Bu qərar, Ermənistanın davam edən məhkəmə proseslərini pozmağavə diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuzşəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindənyayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticəverməyəcəyini bir daha nümayiş etdirir.

Seçilən
10
49
az.trend.az

10Mənbələr