AZ

Papa bu gün dəfn olunacaq

Roma Papası Fransisk bu gün dəfn ediləcək.

“Qafqazinfo” xəbər verir ki, artıq insanlar dəfn mərasiminin keçiriləcəyi Müqəddəs Pyotr meydanına buraxılmağa başlayıb. Ümumilikdə meydana 1 milyona yaxın insanın toplaşacağı gözlənilir.

Son bir neçə gün ərzində təxminən 250 minə yaxın insanın Papa ilə vidalaşmaq üçün Müqəddəs Pyotr bazilikasını ziyarət etdiyi deyilir.

Fransisklə vidalaşmağa müxtəlif ölkələrdən 130-dan çox nümayəndə heyəti gəlib.

Azərbaycanı dəfn mərasimində Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. O, “Santa Maria Maggiore” Roma bazilikasında dəfn olunacaq.

Seçilən
8
2
qafqazinfo.az

10Mənbələr