AZ

Şəhid anası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Rüfət Şabanovun anası vəfat edib.

“Yeni Sabah” Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin anası Kifayət xanım dünyasını dəyişib.

Mərhum yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində dəfn edilib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Rüfət Rauf oğlu Şabanov 2020-ci il sentyabrın 27-də Kəlbəcər – Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb.

Ölümündən sonra "Hərbi xidmətə görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Vətən uğrunda” medalları ilə təltif edilib.


Telegram kanalımız
Seçilən
1
13
yenisabah.az

10Mənbələr