Ağstafa rayonunun Tatlı kəndində canavarlar kənd sakininə məxsus qoyun sürüsünə hücum edib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə E.Məmmədova məxsus fermada baş verib.
Vəhşi heyvanlar fermaya girərək 50-yə yaxın xırdabuynuzlu heyvanı parçalayıb. Hadisə nəticəsində fermerə ciddi maddi ziyan dəyib.