AZ

Ağstafada canavarlar fermaya girərək 40-a yaxın qoyunu parçalayıb

Ağstafa rayonunun Tatlı kəndində canavarlar kənd sakininə məxsus qoyun sürüsünə hücum edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə E.Məmmədova məxsus fermada baş verib.

Vəhşi heyvanlar fermaya girərək 40-a yaxın xırdabuynuzlu heyvanı parçalayıb. Hadisə nəticəsində fermerə ciddi maddi ziyan dəyib.

Seçilən
3
6
apa.az

7Mənbələr