Mahmudov qayıdıb və Qarabağa hazırlaşırZədə səbəbindən son turlarda meydana çıxa bilməyən “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov artıq kollektivlə məşqlərə qayıdıb.
Bizim.Media xəbər verir ki, təcrübəli futbolçu Misli Premyer Liqasının 31-ci turunun “Qarabağ”a qarşı görüşünün hazırlıqlarında iştirak edir.
Mahmudovun Azərbaycan derbisinə hazır olacağı gözlənilir. Lakin Emil Səfərov, Renosuke Ohori və Robert Bauer zədə səbəbindən “Qarabağ”a qarşı oynamayacaq.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” görüşü aprelin 19-da keçiriləcək və görüşə 20:00-da start veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta