AZ

“Qalatasaray” sabiq futbolçusunu geri QAYTARMAQ İSTƏYİR

Saşa Boey Türkiyə çempionatına qayıda bilər.

Bizim.Media xəbər verir ki, jurnalist Florian Plettenberq fransalı müdafiəçinin “Bavariya”da oyun təcrübəsinin azlığından narazı olduğunu bildirib.

Hələ yekun qərar olmasa da, Boey yayda Münhen klubundan gedə bilər. "Qalatasaray"ın vəziyyəti izlədiyi deyilir.

Qeyd edək ki, Boey 2021-2024-cü illərdə bu klubda çıxış edib. 24 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
13
13
bizim.media

10Mənbələr