AZ

Məhəmməd Salah “Liverpul”la yeni müqaviləsini şərh etdi

Məlum olduğu kimi, “Liverpul”un 32 yaşlı misirli ulduz hücumçusu Məhəmməd Salah “qırmızılar”la müqaviləsini yeniləyib.

Arena.az “Liverpul”un rəsmi sayıtna istinadən məlumat verir ki, Salah yeni müqaviləyə qol qoymasını əsaslandırıb:

“Mən kareyramın ən yaxşı illərini burada keçirmişəm. Mən burada öz həyatımdan zövq alıram, oyunumdan zövq alıram. Mənim ailəm burada özünü evdəki kimi hiss edir. Biz klubdakı və şəhərdəki hər anımızdan zövq alırıq. Biz hər dəfə “Enfild”də oynayanda, mən bunun xüsusi məqam olduğunu hiss edirəm. Dünyada başqa belə bir yer yoxdur. Oyun ərəfəsində azarkeşlərin uğultusunu eşitməklə hiss etdiyin daxili istilik və bununla bağlı hər şeyi duymaq, bu, nəsə xüsusi bir məqamdır. Tarix davam edir.

Əgər mən buna inanmasaydım, müqavilə imzalamazdım. Mən “Liverpul”un qənimətlər qazanacağına inanıram. Azarkeşlərimizin dəstəyilə mən bizim çoxlu qənimətlər qazanacağımıza inanıram. Mövsümün başlanğıcı ərəfəsində demişdim ki, İngiltərə çempionu olmaq istəyirəm. Düzünü desəm, bu arzum ancaq güclənir”, deyə Salah vurğulayıb.

Xatırdaq ki, Salan cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini 2027-ci ilin iyun aynın sonuna qədər uzadıb. Hazırda Salah İngiltərə Premyer Liqasının ən ödənişli ikinci futbolçusudur. Misirli ulduzun həftəlik əməkhaqqı 400 min funt-sertlinq məbləğindədir. Bu, yayda “Mançester Siti”dən ayrılacaq 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçi Kevin De Bröynenin qazancı qədərdir. Premyer Liqanın ən ödənişli futbolçusu isə “Mançester Siti”nin 24 yaşlı norveçli mərkəz hücumçusu Erliniq Halanddır. “Qolçu vikinq” həfətədə 500 min funt-sterlinq məbləğində maaş alır.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Salahın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 32 qol vurub, 23 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 395 oyun, 243 qol, 112 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
92
14
arena.az

10Mənbələr