“Real”ın keçmiş yarımmüdafiəçisi Quti “Barselona”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal barədə danışıb.
Arena.az xəbər verir ki, ispan veteran həmyerlisini “Barselona”nın argentinalı keçmiş hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən argentinalı udluz Lionel Messi ilə müqayisə edib:
“Yamal inanılmaz bir istedada malikdir. Bu futbolçu oyunu bircə fəaliyyəti ilə həll edə bilər. Mən Messinin bunu 17 yaşında edə bildiyini xatırlamıram. Lamin indi “Barselona”nın əsas təşəxxüsüdür”, deyə Quti vurğulayıb.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 13 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 93 oyun, 20 qol və 26 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.