AZ

Avropada təbii qaz ucuzlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 302 ABŞ dollarından aşağı enib.

22 yanvar tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 301,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (319,8 dollar) ilə müqayisədə 5,6% azdır.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
232
21
yeniazerbaycan.com

10Mənbələr