AZ

Sayit Yusuf: Türkdilli xalqlar arasında dil anlaşılmazlığının həlli kino sahəsindən keçir

“Türkdilli xalqlar arasında dil sahəsindəki anlaşılmazlığın həlli kino sahəsindən keçir”.“İki sahil” xəbər verir ki, bunu TÜRKSOY-un baş katibinin köməkçisi Sayit Yusuf III “Korkut Ata” Türk Dünyası Film Festivalındakı çıxışı zamanı deyib.Onun sözlərinə görə, türklər öz aralarında ortaq dillə anlaşmalıdır: “Bu problem də təbii ki, kino sahəsi ilə aradan qaldırıla bilər. Türkdilli xalqların nümayəndələrinin bir-birilə söhbəti zamanı yaranan anlaşılmazlıq qəbuledilməzdir”.“Türk mədəniyyətini dünyaya tanıtmaq istəyiriksə, onda film sahəsindəki əməkdaşlığımızı daha da genişləndirməliyik. Bu baxımdan III “Korkut Ata” Türk Dünyası Film Festivalı xüsusi önəm kəsb edir”, - S.Yusuf vurğulayıb.

Seçilən
764
3
ikisahil.az

5Mənbələr