AZ

Suraxanı rayonununda yolların təmirinə 600 min manat ayrılıb

Suraxanı

Bakı, 28 dekabr, AZƏRTAC

Prezident İlham Əliyev Suraxanı rayonununda avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamla Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə dövlət büdcəsindən 600,0 (altı yüz) min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə qeyd olunan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Seçilən
322
5
azertag.az

10Mənbələr