Hindistan ilk dəfə olaraq, 2025-ci ilin mayında Pakistanla döyüşlərdə təyyarə itkilərini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anil Çauhan “Bloomberg”ə müsahibəsinə məlumat verib .
Qərargah rəisi Hindistanın döyüşlərdə nə qədər təyyarə itirdiyini deməkdən imtina edib: “Niyə düşdülər, hansı səhvlərə yol verildi - bu vacibdir. Rəqəmlər önəmli deyil”.
Qeyd edək ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsinin Hindistana məxsus 6 döyüş təyyarəsini vurduğunu bəyan edib.