Ajans.az Teleqrafa istinadən xəbər verir ki, hadisə Şıxarx qəsəbəsinə gedən avtomobil yolunda baş verib. Minik avtomobillərinin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Əhmədli Tural Sabir oğlu, 2000-ci il təvəllüdlü xanımı Əhmədli Süsən Qəhrəman qızı və ailənin 2024-cü il təvəllüdlü övladı Əhmədli Ahu Tural qızı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.