AZ

Goranboyda minik maşını ilə yük avtomobili toqquşub

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Səfikürd-Naftalan yolunun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Ayxan Əkbərov idarə etdiyi "Toyota Pirus" markalı minik maşını ilə Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü Həsən Məmmədovun idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobili toqquşub.Qəza zamanı xəsarət alan olmayıb,avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
13
anews.az

10Mənbələr