AZ

U-21-in Monteneqro və Belarusla oyunlar üçün yekun heyəti

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Belarus və Monteneqro yığmaları ilə oyunlar üçün yekun heyəti bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoxlama görüşləri üçün heyətdə 26 futbolçu saxlayıb.

Qeyd edək ki, millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. İyunun 8-də isə Azərbaycan millisi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro komandası ilə qarşılaşacaq.

  1. Rəvan Mirzəmmədov – Sabah
  2. Xəyal Fərzullayev – Sumqayıt
  3. Səlim Həşimov – Zirə
  4. Elgün Dünyamaliyev – Sabah
  5. Raul Məmmədov – Mingəçevir
  6. Nadir Orucov – Sumqayıt
  7. Amin Rzayev – Qarabağ
  8. İbrahim Ramazanov – Turan Tovuz
  9. Ayxan Süleymanlı – Sumqayıt
  10. Emin Rüstəmov – Səbail
  11. Sənan Muradlı – Sumqayıt
  12. Rüfət Abbasov – Şamaxı
  13. İbrahim Hacı – Qarabağ
  14. Dinamin Bağırov – Turan Tovuz
  15. Şahin İbrahimov – Sabah
  16. Murad Məmmədov – Neftçi
  17. Nihad Əhmədzadə – Sumqayıt
  18. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  19. Edqar Adilxanov – Şamaxı
  20. Emil Süleymanov – Şamaxı
  21. Oruc Məmmədov – Səbail
  22. Elcat Məmmədov – Baltika (Rusiya)
  23. Sadiq Baqiyev – SKA Xabarovsk (Rusiya)
  24. Sadiq Şəfiyev – Kəpəz
  25. Nihat Mehrəliyev – Qarabağ
  26. Ağadadaş Salyanski – Neftçi
Seçilən
0
2
arena.az

10Mənbələr