ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.
Yeniavaz.com xəbər verir ki, final görüşündə İtaliyanın “İnter” və Fransanın PSJ klubları üz-üzə gələcək.
Oyun Münhen şəhərindəki “Alyans Arena” stadionunda baş tutacaq.
Qarşılaşmanın baş hakimi rumıniyalı İştvan Kovaç olacaq. Ona hakimlər Mixay Marika və Ferents Tunyoqi kömək edəcək. Ehtiyat hakim Joau Pedro Pineyro olacaq.
Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasını ən çox qazanan komanda İspaniya təmsilçisi “Real”dır. Madrid klubu 15 dəfə kuboku başı üzərinə qaldırıb. UEFA Çempionlar Liqasının son qalibi də İspaniyanın “Real” klubudur.
Finalda iştirak edən komandalardan “İnter” tarixi ərzində 3 dəfə (1963/1964, 1964/1965, 2009/2010) vu yarışın qalibi olub. PSJ isə heç vaxt belə bir titulu qazanmayıb.
Turnirin tarixində ən çox qol vuran futbolçu Portuqliya yığmasının və “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldudur (141).
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.