Goranboy rayonunda qadın qardaşı tərəfindən bıçaqlanıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü G. Nəcəfova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs isə qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfovdur.
Mübahisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.