AZ

Faraş meyvə tərəvəz ölkəyə 200 milyon dollar qazandırıb

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 207,1 milyon ABŞ dolları dəyərində 175,7 min ton meyvə-tərəvəz ixrac edilib. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb.

Hesabata əsasən, ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,8 milyon dollar və ya 14,8 faiz, həcmi isə 26,1 min ton və ya 17,5 faiz artıb. Xatırladaq ki, 2024-cü ilin ilk 4 ayında Azərbaycan 180,3 milyon dollar dəyərində 149,5 min ton meyvə-tərəvəz ixrac edib.

Komitənin məlumatında bildirilir ki, hesabat dövründə ölkədən 70,7 milyon dollar dəyərində 60,2 min ton pomidor, 53,9 milyon dollar dəyərində 7,97 min ton meşə fındığı, 32,9 milyon dollar dəyərində 45,8 min ton xurma, 26,6 milyon dollar dəyərində 38,8 min ton alma, 4,3 milyon dollar dəyərində 5 min ton nar, 1,8 milyon dollar dəyərində kartof 5,1 min ton kartof ixrac olunub.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,36 faizə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19,38 faizə bərabər olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
50
xalqqazeti.az

10Mənbələr