Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünə 2-ci təsnifat mərhələsindən başlayacağı rəsmiləşib.
Sportinfo.az saytına bu məlumatı "Qarabağ"ın idarə heyətinin və UEFA-nın Yarışlarının Təşkili Komitəsinin üzvü Asif Əsgərov verib.
Asif Əsgərovun dediyinə görə, bununla bağlı qərar bu gün Münhendə keçirilən sözügedən komitənin iclasında açıqlanıb.
Bu, PSJ-nin ÇL-in finalına yüksəlməsindən sonra dəqiqləşsə də, bu gün UEFA tərəfindən rəsmən təsdiqlənib.
Qeyd edək ki, ÇL-də 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də, qarşılaşmalar isə iyulun 22/23 və 29/30-da keçiriləcək.